XƏBƏRLƏR / Müttəfiq

“Ermənistanın ağlını başına toplaması lazımdır"

Bunu Türkiyənin sabiq müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib

“Ermənistanın ağlını başına toplaması lazımdır"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Ermənistanın ağlını başına toplaması lazımdır. İlk iş budur”.

    Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, “Tək Vətən” hərəkatı ilə Qarabağda Zəfər qazanılıb və işğal edilmiş torpaqlar öz azadlığına qovuşub: “Şuşada üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ermənistan ən qısa zamanda bu gerçəkləri qəbul etməlidir və Azərbaycanın uzatdığı barış əlini tutmalıdır. Tez zamanda sülh sazişi imzalanmalıdır. Bölgəyə tezliklə sülh gəlməlidir. Məqsədimiz budur. Ermənistan tərəfindən Azərbaycan sərhədlərində atəşkəsin pozulması halları boş səylərdir. Bununla bir yerə çatmaq olmaz”.