Ermənistanın bir sıra yerlərində etiraz aksiyaları keçirilir
Etirazçılar Tavuşda güzəştlərə qarşı mübarizə aparan sakinlərə dəstək ifadə edirlər
Vətəndaşlar bu gün İrəvanda Çarents küçəsini bağlayıblar.
"Sputnik Armenia" xəbər verir ki, polis etirazçılara küçəni açmaq üçün vaxt verib.
Vətəndaşlara ictimai-siyasi xadim Edqar Qazaryan, parlamentin keçmiş deputatı Naira Zohrabyan və keçmiş hüquq müdafiəçisi Larisa Alaverdyan da qoşulub.
Etirazçılar Ermənistan-Azərbaycan sərhədində yerləşən Tavuş bölgəsində aparılan delimitasiyaya etiraz ediblər.
Daha bir aksiya Martunidə keçirlib, orada da İrəvan-Sevan yolunu bağlayıblar.
Vətəndaşların yanında parlamentin “Hayastan” fraksiyasından olan deputatlar Arman Qazaryan və Mher Saakyan da var.
Etirazçılar Tavuşda güzəştlərə qarşı mübarizə aparan sakinlərə dəstək ifadə edirlər.
Bir qrup vətəndaş da Tavuş ermənilərinə dəstək olaraq İrəvan-Gümrü yolunu bağlayıb.
Bu gün səhər Azərbaycanın işğal altındakı Kərki kəndində məskunlaşmış ermənilər də Ermənistan-İran dövlətlərarası yolunu bağlayıblar.