XƏBƏRLƏR / Hərbi

Ermənistanın müdafiə naziri Pentaqonun rəhbəri ilə görüşüb

Ermənistan KİV-i xəbər verir

Ermənistanın müdafiə naziri Pentaqonun rəhbəri ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dekabrın 5-də Ermənistanın müdafiə naziri Suren Papikyan Pentaqonun rəhbəri Lloyd Ostin ilə görüşüb.

    Ermənistan KİV-i xəbər verir ki, Pentaqonda keçirilən görüşdə Ermənistan Silahlı Qüvvələrində islahatlar, Ermənistan-Amerika müdafiə əməkdaşlığının prioritetləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

    Lloyd Ostin ABŞ-nin Ermənistanın müstəqilliyi və suverenliyinə dəstəyini, eləcə də islahatları təşviq etməyə hazır olduğunu vurğulayıb.

    Tərəflər regionda uzunmüddətli sülhə nail olmaq istəklərini bir daha təsdiqləyiblər.