Ermənistanla Sülh Sazişinin bağlanmasının şərti açıqlandı
Bu barədə Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu ilə görüşdə deyib
Prezident İlham Əliyev qeyd edib ki, "Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı vurğuladı ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər".