XƏBƏRLƏR / Diplomatiya

Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib

Bu barədə Marqus Tsahkna "X" sosial şəbəkəsində paylaşım edib

Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıya səfərə gəlib.

    Bu barədə Tsahkna "X" sosial şəbəkəsində paylaşım edib.

    "Bakıya yenicə gəldim. Bu gün biz Estoniyanın Azərbaycandakı səfirliyini rəsmən açırıq. Bu, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsini əks etdirən mühüm hadisədir", - nazir qeyd edib.

    Tsahknanın sözlərinə görə, səfər çərçivəsində müxtəlif istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin, habelə regional və Avropa təhlükəsizliyinin möhkəmləndirilməsi məsələlərinin müzakirə olunması planlaşdırılır.