Estoniyanın Azərbaycandan öyrənməli olduğu çox şey var
Bunu Estoniya XİN rəhbəri Rusiya ilə 1 dekabrda sərhədlərin bağlanacağını elan edərək vurğulayıb
Bakıda səfərdə olan Estoniya XİN rəhbəri Marqus Tsahkna azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında bəyan edib ki, Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədləri tam bağlayır.
Tsahkna deyib: "Estoniya Rusiya ilə sərhədini 1 dekabrda bağlayacaq. Biz bu qərardan məmnun deyilik, amma cavab verməli və Avropanın təhlükəsizliyini təmin etmək üçün çalışmalıyıq.
Bu baxımdan, Azərbaycandan öyrənməli olduğumuz çox şey var: necə qətiyyətli hərəkət etməli və bütün regiona asayişi qorumaq zərurəti barədə hansı siqnalı göndərməliyik".
1 dəqiqədən az