XƏBƏRLƏR / Hərbi

"Eternity-2026” təliminin iştirakçıları Zəfər Parkında

Müdafiə Nazirliyi xəbər verir FOTO

"Eternity-2026” təliminin iştirakçıları Zəfər Parkında
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin iştirakçıları Bakı şəhərində Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər Parkını ziyarət ediblər. 

    Gəzinti zamanı qonaqlar Azərbaycan Ordusunun 44 günlük döyüş yolu və parkın memarlıq xüsusiyyətləri ilə yaxından tanış olublar.

    Bununla yanaşı, ziyarətçilərə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.