Etibar Məmmədovun partiyası rəsmən qeydə alındı
Bu barədə AMİP fəalları sosial şəbəkədə bildiriblər
Ədliyyə Nazirliyi Azərbaycan Milli İstiqlal Partiyasını (AMİP) dövlət qeydiyyatına alıb.
Bu barədə AMİP fəalları sosial şəbəkədə bildiriblər.
Qeyd edilib ki, Ədliyyə Nazirliyinin 4 sentyabr 2023-cü il tarixində AMİP-ə ünvanladığı məktubda partiya üzvlərinin reyestr məlumatlarının yoxlanılaraq təsdiq olunduğu bildirilib.
Xatırladaq ki, AMİP-in sədri Arzuxan Əlizadədir. Partiyanın lideri isə Etibar Məmmədovdur.