XƏBƏRLƏR / İctimaiyyət

Moskvada bütün tədbirlər ləğv edildi

Bu barədə Moskva meri Sergey Sobyanin bildirib

Moskvada bütün tədbirlər ləğv edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın paytaxtı Moskvada 23-24 mart tarixlərinə planlaşdırılan bütün kütləvi tədbirlər ləğv edilib. 

    Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

    Qərar bu gün "Crocus City Hall"da baş verən atışmadan sonra verilib.

    “Mən bu həftəsonu Moskvada bütün idman, mədəni və digər kütləvi tədbirləri ləğv etmək qərarına gəldim. Sizdən xahiş edirəm ki, bu tədbirə anlayışla yanaşasınız”, – Sobyanin "Telegram"da yazıb.

    İlkin məlumatlara görə, beş adam "Crocus City Hall"dakı konsert zalına hücum edib. Rəsmilər ölənlərin və yaralıların olduğunu bildirib, onların dəqiq sayı məlum deyil.

    Binada yanğın başlayıb və partlayış səsləri eşidilib. Moskva hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.