Qarabağa səfər edən BMT missiyası yekun bəyanat yayıb
Missiyaya BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva rəhbərlik edib
Komandada həmçinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Koordinasiya şöbəsinin direktoru Rameş Rajasingham, eləcə də Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Agentliyi, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri, habelə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT-nin Rezident Əlaqələndirici Ofisi və BMT Təhlükəsizlik Departamentindən texniki qrup olub.
NƏTİCƏLƏR:
* Missiya mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara heç bir ziyan vurmamışdır.
* Missiya gördü ki, Azərbaycan Respublikası hökuməti şəhərdə tibbi xidmətlərin və bəzi kommunal xidmətlərin fəaliyyətini bərpa etməyə hazırlaşır.
* Missiya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq hadisələri ilə bağlı istər sorğu edilən yerli əhalidən, istərsə də həmsöhbətlərdən heç bir məlumatla qarşılaşmayıb.
* Missiya kənd təsərrüfatı infrastrukturunun məhv edilməsini və ya yolda ölmüş heyvanları müşahidə etməyib.
* Missiya 2020-ci ildə işğaldan azad edilmiş Ağdamda səfərdə olarkən dağıntı və minalardan təmizləmə prosesini, eləcə də hökumət tərəfindən həyata keçirilən yenidənqurma işlərini müşahidə edib.
* Qarabağ bölgəsində 50-1000 arasında etnik erməni qalıb.