XƏBƏRLƏR / İctimaiyyət

Qarabağın 7 erməni sakini Azərbaycan vətəndaşlığı alır

Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəbər verir

Qarabağın 7 erməni sakini Azərbaycan vətəndaşlığı alır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qarabağdan olan 7 etnik erməni Azərbaycan vətəndaşlığı üçün müraciət edib.

    Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin Azərbaycan cəmiyyətinə davamlı reinteqrasiyasını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ bölgəsində fəaliyyətlərini davam etdirirlər.

    Bu barədə hər iki qurumun mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

    “İlkin qeydiyyat üçün Xankəndi şəhərində yerləşən qəbul şöbəsinə könüllü olaraq 5 sakin, rayonda keçirilən səyyar qəbul zamanı isə Dövlət Miqrasiya Xidmətinə 2 sakin müraciət edib.Müraciət edən 7 nəfərin hər biri yaşamaq istəyini bildirib. Qarabağ bölgəsi və Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edərək Azərbaycan dövlətinin vətəndaşı hüquqlarından istifadə edirlər.

    Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ilkin sosial-psixoloji, sosial, reabilitasiya xidmətlərinin qiymətləndirilməsi aparılıb, onların ehtiyacları müəyyən edilib”, - məlumatda deyilir.