Samvel Karapetyan ev dustaqlığında qaldı YENİLƏNİB
Bu barədə “Sputnik Armenia” məlumat yayıb
Ermənistan Cinayət Apelyasiya Məhkəməsi erməni iş adamı Samvel Karapetyanın ev dustaqlığına qaytarılması barədə qərar çıxarıb. İş adamının qardaşı oğlu Narek Karapetyanın sözlərinə görə, o, sabah evdə olacaq.
Dünən vəkil Aram Vardevanyan bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmənin qərarını gözləmədən Karapetyanın ev dustaqlığı müddəti bitdikdən sonra onu istintaq təcridxanasına köçürüblər.
Dünən Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Karapetyanın ev dustaqlığının müddətini gecə saatlarına qədər uzatmaq məsələsinə baxıb.
***
16 yanvar 2026-cı il
14:51
Ermənistanda ev dustaqlığında olan iş adamı Samvel Karapetyan yenidən istintaq təcridxanasına qaytarılıb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd edək ki, dekabrın sonunda iş adamı ev dustaqlığına buraxılmışdı.
1 dəqiqədən az