XƏBƏRLƏR / İctimaiyyət

Fatmayidə hərbi sursat aşkar edildi

Bu barədə FHN məlumat yayıb

Fatmayidə hərbi sursat aşkar edildi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Fatmayi kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

    Bu barədə nazirlikdən bildirilib.

    Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı doqquz ədəd 108 mm-lik DŞK mərmisi olduğu müəyyən edilib.

    Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.