Türkiyə XİN rəhbəri Fətullah Gülənin ölümünü təsdiqləyib
Məlumatı Türkiyə mətbuatı yayıb YENİLƏNİB
13:23
Türkiyənin xarici işlər naziri Hakan Fidan FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ölümünü təsdiqləyib.
O, bu barədə bu gün Ankarada ukraynalı həmkarı Andriy Sibiha ilə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, kəşfiyyat məlumatları Fətullah Gülənin öldüyünü təsdiqləyir.
Hakan Fidan Fətullah Gülənin ölümünün onları sakitləşdirməyəcəyini, mübarizənin davam edəcəyini vurğulayıb.
***
09:44
Türkiyə mətbuatı FETÖ qruplaşmasının başçısı Fəthullah Gülən ABŞ-ın Pensilvaniyada öldüyünü bildirib.
Məlumatı NTV yayıb.
F.Gülənin ailə üzvləri onun öldüyünü sosial şəbəkədə təsdiqləyiblər.
83 yaşlı F.Gülən böyrək çatışmazlığı və şəkərli diabeti, həmçinin demensiyası var idi. Dünən gecə saat 21:00 radələrində təşkilata yaxın internet saytları Gülənin ölümü ilə bağlı xəbər yayıb.