"Formula 1" yarışları mərkəzdən "Sea Breeze"ə köçürülsün
Paytaxtın gələcəkdə çox mərkəzli olması hədəflənib
10 ildir ki, "Formula 1" treki keçirilir və bu da Bakıda müəyyən məhdudlaşdırmalara səbəb olur:
"Formula 1"in keçirilməsindən bir ay öncə və sonrakı tarixlərdə müəyyən qurğuların qurulması və onların demontaj olunmasına ehtiyac olur. Bu isə paytaxtda hərkətin sıxlığına səbəb olur.
Əgər paytaxtdan kənarda, məsələn, "Sea Breeze" ərazisində təşkil ediləcəksə, bu, müsbət təsir edəcək. Ən azından paytaxt daxilində bu məhdudlaşdırmalara ehtiyac qalmaz və şəhər öz həyatına davam edər.
"Sea Breeze" lokal bir ərazidir, aeroporta birbaşa bağlantısı olan yolları var, həm də paytaxtın mərkəzi ilə avtobus və dəmir yolu üzərindən birbaşa əlaqəlidir. Kim getmək istəsə, adi qaydada iştirak edə bilər. Süni adalarda da maraqlı bir treyk olacaq.
Paytaxtın gələcəkdə çox mərkəzli olması hədəflənib. Hər şeyi şəhərin mərkəzinə cəmləmək yox, eyni zamada kənarlarda da təşkil etmək olar. Bu, öz müsbət təsirini göstərəcək”.
1 dəqiqə