XƏBƏRLƏR / Biznes

Forumun ilk günü $5,5 mlrd dəyərində layihələr imzalanıb

Bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib

Forumun ilk günü $5,5 mlrd dəyərində layihələr imzalanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda keçirilən I Beynəlxalq İnvestisiya Forumunun birinci günündə imzalanmış sənədlərin və layihələrin ümumi dəyəri 5,5 milyard ABŞ dollarından artıqdır.

    Bunu Forum çərçivəsində jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

    O bildirib ki, sabah, yəni Forumun ikinci günündə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda şirkətlərimiz tərəfindən həyata keçiriləcək iqtisadi və investisiya layihələrinə dair bir sıra digər mühüm sənədlər imzalanacaq.