XƏBƏRLƏR / Biznes

Zəngəzur dəhlizinin işə düşməsi ilə yük daşımaları artacaq

Bu barədə İlham Əliyevin Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində deyilir

Zəngəzur dəhlizinin işə düşməsi ilə yük daşımaları artacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir.

    Bu barədə Prezident İlham Əliyevin Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində deyilir.

    Dövlət başçısı qeyd edib ki, Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır: “Gələcək illərdə, xüsusilə də Zəngəzur dəhlizinin işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpa olunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir”.