“INMerge” Sammitində “Netflix”in ilk rəhbəri çıxış edib
Mark Randolf Bakıda səfərdədir

Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində “Netflix”in həmtəsisçisi və ilk rəhbəri Mark Randolf iştirak edib:
"O zaman “Netflix” cəmi 5 milyon dollar gəlir əldə edirdi, amma 50 milyon dollar zərərlə üzləşmişdi. “Blockbuster” isə 60 min işçisi və 9 min mağazası ilə bazarın lideri idi. Danışıqlar nəticəsiz qalsa da, onlar mübarizə apararaq öz gücləri ilə ayaqda qalmağı bacarıblar: “Biz xərcləri azaltdıq, maaşlarımızı kəsdik, işçiləri ixtisar etdik və nəhayət IPO etdik. Nəticədə gəlirlərdə “Blockbuster”i keçdik və onlar iflas etdi".