Fransa Ermənistandakı səfirliyində hərbi missiya yaradıb
Bunu İrəvanda səfərdə olan Fransanın XİN rəhbəri Katrin Kolonna elan edib
Fransa İrəvandakı səfirliyində hərbi nümayəndəlik yaradıb, Ermənistanda səfərdə olan ölkənin xarici işlər naziri Katrin Kolonna bildirib.
"Müdafiəyə gəlincə, Fransanın Ermənistandakı səfirliyində hərbi missiyanın yaradılması bu əsas sahədə ikitərəfli əməkdaşlığımızı dərinləşdirməyə imkan verməlidir”- Kolonna deyib