Fransa Ermənistanı silahlandırmaqda israrlıdır
Bunu ölkənin Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu bəyan edib
Fransa Ermənistana müdafiə silahları satacaq.
Bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu Senatda (parlamentin yuxarı palatası) ölkənin müdafiə büdcəsinin müzakirəsində deyib.
“Dövlət başçısı (Emmanuel Makron) aydın şəkildə müəyyən edib ki, bizim gündəliyimiz müdafiə silahlarının satışıdır, çünki Ermənistanla müzakirələrimiz məhz bununla bağlıdır”, - Lekornu bildirib.