Fransa fevral ayında Rusiya qazının əsas alıcısına çevrilib
Moskvanı cəzalandırmağa çağıran Paris Rusiyadan rekord həcmdə maye qaz alıb
Fransa fevral ayında Macarıstanı sıxışdıraraq, Avropa ölkələri arasında Rusiya qazının əsas alıcısına çevrildi.
"RİA Novosti" Avropa statistikasına əsaslanan hesablamalara istinadən xəbər verir.
Belə ki, Fransa qışın sonunda Rusiyadan 322,3 milyon avroya maye qaz alıb ki, bu da əvvəlki ayla müqayisədə 10% çoxdur. Nəticədə ölkə Aİ-yə Rusiya qazının əsas idxalçısına çevrilib - bu, sonuncu dəfə 2023-cü ilin noyabrında müşahidə olunub.