XƏBƏRLƏR / Neft və Qaz

Qazaxıstan BTC-ni əlavə marşrut kimi nəzərdən keçirir

Bu barədə "İnterfaks-Qazaxıstan" agentliyi xəbər verir

Qazaxıstan BTC-ni əlavə marşrut kimi nəzərdən keçirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) fəaliyyətindəki qeyri-sabitlik fonunda Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Supsa marşrutlarını və Xəzər vasitəsilə Azərbaycan üzərindən tranziti neft ixracı üçün əlavə marşrutlar kimi qiymətləndirir.

    Bu barədə "İnterfaks-Qazaxıstan" agentliyinə respublikanın Energetika Nazirliyindən bildirilib.

    Qeyd edək ki, Qazaxıstanın "KazMunayQaz" milli neft-qaz şirkəti 2026-cı ildə BTC ilə neft ixracını 2025-ci illə müqayisədə 31 % artıraraq 1,7 milyon tona çatdırmağı planlaşdırır.

    2026-cı ilin yanvar-iyun aylarında Aktau limanı vasitəsilə BTC istiqamətində 704 min ton Qazaxıstan nefti aşırılıb.

    Boru kəmərinin uzunluğu 1 768 km, ötürücülük qabiliyyəti isə ildə 50 milyon tondan çox neft təşkil edir.