Türkiyə türkmən qazını hansı marşrutla alacaq
İran, Azərbaycan və Xəzər dənizi vasitəsilə tədarükü variantlarını müzakirə edilir
Türkiyə türkmən qazının İran, Azərbaycan və Xəzər dənizi marşrutlarını nəzərdən keçirir.
“Türkmən qazının Türkiyəyə axını ilə bağlı 3 alternativ var: birincisi İran vasitəsilə mübadilədir. İkinci variant İran və Azərbaycan vasitəsilə svop, mahiyyətcə daha uzunmüddətli və dayanıqlı olan sonuncu variant isə Xəzər dənizindən qazın boru kəməri ilə çatdırılmasıdır”, - Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.
Onun sözlərinə görə, birinci mərhələdə Türkmənistan Türkiyəyə 2 milyard kubmetrə qədər qaz tədarük edə bilər, Türkiyə Gazetesi xəbər verir.