Azərbaycanda magistral neft kəmərləri ilə nəqletmə azalıb
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib

Azərbaycanda bu ilin birinci rübündə magistral neft kəmərləri ilə 9028,8 min ton neft nəql edilib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu göstərici ötən 636 min ton və ya 6,6% azdır. Belə ki, ötən ilin birinci rübündə magistral neft kəmərləri ilə 9664 min ton neft nəql edilib.
Qeyd edilib ki, cari ilin hesabat dövründə nəqletmənin 76,2 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.