Moskvada Rusiya və İranla enerji əməkdaşlığı müzakirə olunub
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında məlumat verib FOTO
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskvada Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşü çərçivəsində Rusiya və İran nüayəndələri ilə enerji əməkdaşlığını müzakirə edib. Bu barədə o, “X” sosial şəbəkə hesabında məlumat verib.
Azərbaycan və Rusiya arasında enerji əməkdaşlığının gündəliyindəki aktual məsələlər müzakirə olunub.

Nazir bildirib ki, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşü və 8-ci Sammiti çərçivəsində Rusiyanın energetika naziri Sergey Tsivilyovla görüş keçirilib.
Görüşdə GECF çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycan-Rusiya enerji əməkdaşlığının aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Azərbaycan və İran arasında enerji əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Nazir bildirib ki, İran İslam Respublikasının neft nazirinin vəzifəsini icra edən Həmid Bovard ilə görüşdə iki ölkə arasında enerji əməkdaşlığı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 dəqiqə