"Şahdəniz" Azərbaycanda qaz qıtlığını aradan qaldırdı
Bunu bu gün Prezident İlham Əliyev Bakı enerji həftəsinin açılış mərasiində deyib
“Caspian Oil and Gas” sərgisi ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində çox mühüm rol oynayıb”. Bunu Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq “Xəzər Neft və Qaz” və 12-ci Xəzər Beynəlxalq “Enerji və Yaşıl Enerji” - Caspian Power sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.
O vaxtdan bu tədbirin miqyasının genişləndiyini və hazırda Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayan dövlətimizin başçısı qeyd etdi: “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini - neft, qaz, emal, ixrac və təbii ki, yaşıl enerjini əhatə edir .”
“Şahdəniz” layihəsi Azərbaycanda qaz qıtlığını aradan qaldırdı. Bunu bu gün Prezident İlham Əliyev deyib.
Azərbaycandan qaz ixracının artması faktını vurğulayan dövlət başçısı qeyd edib: “Bu il qaz ixracımız 24 milyard kubmetri keçəcək. Bu gün Azərbaycan qazını səkkiz ölkə idxal edir. Azərbaycan qaz təchizatı məsələlərində artıq özünü etibarlı tərəfdaş kimi təsdiqləyib”.