XƏBƏRLƏR / Neft və Qaz

OPEC+ Trampın arzusunu ürəyində qoydu

OPEC+ alyansının Nazirlərin Monitorinq Komitəsi neftin qiymətini 1br/45$ salmaqdan imtina etdi

OPEC+ Trampın arzusunu ürəyində qoydu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • OPEC-in press-relizinə əsasən, OPEC+ komitəsinin nazirləri mövcud hasilat siyasətini dəyişməmək qərarına gəliblər.

    OPEC+ alyansının Nazirlərin Monitorinq Komitəsi onlayn iclas keçirərək hazırkı neft hasilatı siyasətini dəyişməmək qərarına gəlib. Təşkilat ABŞ prezidenti Trampın neftin qiymətinin aşağı salınması zərurəti ilə bağlı daha əvvəl verdiyi bəyanatlara baxmayaraq, aprel ayından etibarən hasilatı mərhələli şəkildə artırmaq üçün mövcud planlara sadiq qalacaq.

    Bundan əlavə, OPEC+ ölkələrinin nazirləri görüş zamanı qeyd ediblər ki, alyansın “könüllüləri” tərəfindən könüllü azalma planına düzəlişlər (hasilatın tədricən artırılmasının aprelin 1-nə təxirə salınması – red.) qlobal neft bazarında sabitliyi təmin edib. 

    OPEC+ komitəsinin növbəti iclası aprelin 5-də baş tutacaq.

    Bundan əvvəl Səudiyyə Ərəbistanının hakimiyyəti neftin qiymətini salmaq üçün Trampın hasilatı kəskin artırmaq təklifinə mənfi cavab verib.