XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb

Azərbaycan neftinin əvvəlki qiyməti 65,08 ABŞ dolları təşkil edib

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,7 ABŞ dolları və ya 4,15% artaraq 67,78 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,08 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.