BOTAŞ ilə SOCAR birgə şirkət yaradıblar
Yaxın gələcəkdə Türkiyə qaz satışı mərkəzinə çevriləcək və Azərbaycan da bunu dəstəkləyir
Türkiyə ilə Azərbaycanın enerji sahəsində əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Türkiyənin BOTAŞ və Azərbaycanın SOCAR şirkətləri birgə şirkət yaradıblar və Avropaya qaz tədarük edəcəklər.
Bu sözləri “CNN Turk” televiziya kanalında çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib. O bildirib ki, Balkan dövlətləri bizdən (Türkiyə və Azərbaycandan) təbii qaz almaq istəyirlər. Azərbaycan Türkiyəyə böyük həcmdə sərmayə yatırıb və bu sahədə əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək. Avropaya qaz satışı istiqamətində icra olunan layihələri Türkiyə ilə Azərbaycan həyata keçirəcək.
Nazir diqqətə çatdırıb ki, yaxın gələcəkdə Türkiyə qaz satışı mərkəzinə çevriləcək və Azərbaycan da bunu dəstəkləyir.