Azərbaycan nefti dünya birjalarında neçəyə satılır?
Bu barədə ziddiyyətli məlumatlar daxil olunur
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,3 ABŞ dolları və ya 1,98% azalaraq 113,7 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116 ABŞ dolları təşkil edib.
Bu arada oilprice.com agentliyi "Azeri Light" markalı neftin bir bareli 1,06% və ya 1,31 ABŞ dolları ucuzlaşaraq 122,06 ABŞ dollarına satıldığını yazır.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Eyni zamanda məlumat verilir ki, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçerslərinin qiyməti bir barel üzrə sutka ərzində 2,17% artaraq 92,28 ABŞ dolları olub.
Londonun ICE birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti isə 1,88% artaraq 104,14 ABŞ dollarına çatıb.
1 dəqiqədən az