Azərbaycan neftinin 1 bareli 120 ABŞ dollarını keçib
Məlumat dünya birjalarından verilib
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 7.55 ABŞ dolları və ya 6,6% artaraq 121.25 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113.70 ABŞ dolları təşkil edib.
Oilprice.com agentliyinin verdiyi məlumata görə "Azeri Light" neftinin 1 bareli 1,88 ABŞ dolları və ya 1,54% bahalaşaraq 123,94 ABŞ dollarına satılıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
1 dəqiqədən az