XƏBƏRLƏR / Neft və Qaz

İran Türkiyəyə qaz ixracını dayandırıb

Bu barədə Bloomberg xəbər yayıb

İran Türkiyəyə qaz ixracını dayandırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran İsrailin Cənub Pars qaz yatağına zərbələrindən sonra Türkiyəyə qaz ixracını dayandırıb.

    Bu barədə “Bloomberg“ məlumat yayıb. Məlumata görə, Türkiyə qaz tələbatının təxminən 14%-ni İran qazı hesabına təmin edir, lakin qısa müddətdə bu itkini Rusiya və Azərbaycan qazı, həmçinin ehtiyatları hesabına kompensasiya edə bilər.

    İranın qaz ixracını nə qədər müddət dayandıracağı isə hələlik naməlumdur.