Trampın çıxışından sonra neft qiymətləri düşməyə başlayıb
Azərbaycan neftinin qiyməti 81 dollara enib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.76 ABŞ dolları və ya 0.93% azalaraq 81.23 ABŞ dollarına enib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 81.99 ABŞ dolları təşkil edib.
***
Bloomberg xəbər verir ki, neftin qiyməti Trampın OPEC-i qiymətləri aşağı salmağa məcbur edəcəyini deməsindən sonra düşüb.
Bloomberg yazır ki, Tramp Rusiyanı Ukrayna ilə danışıqlara məcbur etmək üçün OPEK-i qiymətləri aşağı salmağa məcbur edəcəyini söylədikdən sonra neft ucuzlaşıb.