Hazırda neft gəlirlərimizin azalması prosesi baş verir.
Bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, bu azalma iki faktorla bağlıdır, biri dünyada qlobal dekarbonlaşma meylləri, digəri neft yataqlarımızdan hasilatın azalması proseləridir:
"Bunlar büdcə gəlirlərinə mənfi tərsir göstərir. O təsirin azaldılması qeyri-neft sektorundan daxilolmalar hesabına kompensasiya edilməlidir. Növbəti ilin büdcə layihəsində qeyri-neft sektorundan daxilolmalar ildən-ilə artır. Gələn il üçün də bu artımın olması istisna deyil. Gələn il də əhəmiyyətli artımlar gözlənilir. Amma bu artımla neft gəlirlərinin azaldılmasını tam kompensasiya etmir. Bununla bağlı qarşımızda böyük vəzifələr durur. Bu vəzifələr əsasən işğaldan azad edilən ərazilərin yenidən qurulması, onların iqtisadiyyatımıza reinteqrasiyası ilə bağlıdır. Bu məqsədlərə də dövlət büdcəsindən vəsaitin hər il təmin edilməsi vacibdir”.