Dünya bazarlarında neftin qiyməti düşür
Məlumat Nyu-York əmtəə birjasından verilib
Dünya bazarlarında neftin qiyməti 100 dollardan aşağı düşüb.
Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçerslərinin qiyməti bir barel üzrə sutka ərzində 3,70 ABŞ dolları azalaraq 88,65 ABŞ dollarına enib.
Londonun ICE birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti isə 4,92 ABŞ dolları azalaraq 99,57 ABŞ dolları səviyyəsinə düşüb.
Qeyd edək ki, qiymətlərin azalmasına əsas səbəb ABŞ və İran arasında mümkün danışıqların bərpa olunacağına dair məlumatların yayılması olub. Bu isə bazarda Yaxın Şərqdə təklif risklərinin azalacağına dair gözləntiləri gücləndirib və
1 dəqiqədən az