Azərbaycan nefti 88 dollara düşdü
"Azeri Light"ın 1 barelinin qiyməti 2,68 % azalıb
"Azeri Light" markalı Azərbaycan nefti yenidən ucuzlaşıb. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,44 ABŞ dolları, yaxud 2,68 % azalaraq 88,73 ABŞ dolları olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.