Yunanıstan Azərbaycandan neft tədarükünü artırıb
Məlumatı Dövlət Gömrük Komitəsi verib
◼️Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Yunanıstana 182,7 milyon ABŞ dolları dəyərində 284,3 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.
◼️Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərini dəyər ifadəsində 41,7 faiz, həcm baxımından isə 22,4 faiz üstələyir.
◼️Ümumilikdə cari ilin ilk dörd ayında ölkədən 4,365 milyard dollar dəyərində 7,9 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Yunanıstan 4-cü yerdə qərarlaşıb və ixrac həcminin 3,6 faizi bu ölkənin payına düşüb.
1 dəqiqədən az