Xəbər verildiyi kimi, AMŞ platformasının dayaq bloku bu ilin mart ayında STB-1 barjı ilə dənizə yola salınıb.
AMŞ layihəsi çərçivəsində ilk neft hasilatı 2024-cü ilin birinci rübündə planlaşdırılır.
AMŞ layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsinin növbəti mərhələsidir. Layihə çərçivəsində TURAN Qazma Şirkəti tərəfindən həyata keçiriləcək 48 quyunun qazılması planlaşdırılır.
AMŞ layihəsinin məqsədi əlavə quyuların qazılması və əlavə dəniz qurğularının quraşdırılması ilə gündəlik 100 000 barelə qədər neft və 350 000 kub fut qaz hasilatına nail olmaqdır.