Nyu-York birjasında təbii qazın qiyməti düşüb
Təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.
Martda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,11% azalaraq 3,311 ABŞ dolları təşkil edib.