Fransa məktəblərində müsəlman geyimləri qadağan edilir
Bu barədə ölkənin milli təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal bildirib
Fransa hakimiyyəti məktəblərdə çarşab və abayanın - bədəni tamamilə örtən və adi paltarın üstündən geyilən ənənəvi müsəlman qadın paltarlarının geyinilməsini qadağan etmək niyyətindədir.
Bu barədə ölkənin milli təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal bildirib.
Nazir deyib ki, gələn həftə məktəb rəhbərləri ilə bu qadağanın necə həyata keçiriləcəyini müzakirə edəcək.
Fransada 2004-cü ildə məktəblərdə hicab, 2010-cu ildə isə ictimai yerlərdə hicabdan istifadə qadağan edilib.
Keçən il idmançıların yarışlara hicablı gəlməsinin qarşısını alan əsasnamə təsdiq edilib.
Fransada belə qərarlar üçün dünyəvilik dəyərlərinin qorunması bəhanəsi irəli sürülür.