Bernar Arno dünyanın ən varlı insanlarının üçlüyündən getdi
Amerikalı sahibkar İlon Mask isə reytinqin lider olaraq qalır
Fransız lüks mallar istehsalçısı LVMH (LVMH Moet Hennessy - Louis Vuitton) kompaniyasının sahibi Bernar Arno dünyanın ən zəngin şəxslərinin üçlüyünü tərk edərək Mark Sukerberq və digər iki amerikalıdan sonra dördüncü yerə enib.
"Bloomberg" milyarderlər indeksinə (BBI) əsasən, Arnonun sərvəti 185 milyard dollardır. Varidatı 188 milyard dollar dəyərində qiymətləndirilən Sukerberq reytinqin üçüncü pilləsinə yüksəlib. Bir gün əvvəl Arno və Sukerberqin sərvəti müvafiq olaraq 184 və 183 milyard dollar idi.
İkinci yeri 193 milyard dollar sərvətlə Amerikanın "Amazon" onlayn pərakəndə satış şirkətinin qurucusu və sabiq rəhbəri Ceff Bezos tutur. Amerikalı sahibkar İlon Mask isə reytinqin lider olaraq qalır, onun sərvəti təxminən 235 milyard dollardır.
Beşinci yerdə "Microsoft" kompaniyasının qurucusu Bill Qeyts (154 milyard dollar) qərarlaşıb. Beləliklə, amerikalılar planetin ən zəngin insanlarının ilk beşliyində dörd yeri, həmçinin ilk onluqda doqquz yeri tuturlar.