Aeroportda musiqili fleşmob keçirilib VİDEO
Mülki aviasiya üçün əlamətdar olan bu gündə sərnişinlərə Mülüm Maqomayevin 1974-cü ildə bəstələdiyi "Azərbaycan" mahnısı təqdim edilib
Azərbaycan Mülki Aviasiyasının 85 illiyi münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda qeyri-adi fleşmob keçirilib.
Mülki aviasiya üçün əlamətdar olan bu gündə sərnişinlərə xüsusi sürpriz - Mülüm Maqomayevin "Azərbaycan" mahnısı təqdim edilib.
Beynəlxalq reyslərin sərnişinləri maraqlı musiqi proqramı ilə qarşılanıb. Fleşmob hər kəsə mülki aviasiyanın ölkə üçün əhəmiyyətini xatırladan parlaq bir hadisə olub.
İyunun 2-də Azərbaycan Mülki Aviasiyası yaranmasının 85 illiyini qeyd edib.