Xameneyi və Mahmud Abbas Moskvada oxuyub VİDEO
Bunu ABŞ-da yaşayan İran şahzadəsi Rza Pəhləvi deyib
ABŞ-da yaşayan İran şahzadəsi Rza Pəhləvi məşhur bloger Patrik Bet-Davidə müsahibə verib.
O, müsahibəsində İranın müasir siyasi tarixi ilə bağlı bir sıra maraqlı və hətta sensasion açıqlamalar səsləndirib.
Şahzadənin dediyi sözlər Ayətullah Xameneyinin Sovet İttifaqı və onun DTK ilə əlaqələri barədə müzakirələrə yol açıb.
O cümlədən, Xameneyinin vaxtilə Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində oxuması ilə bağlı mövzu yenidən gündəmə gəlib.
Belə ki, 2010-cu ildə “Russia Today” (RT) dövlət televiziya kanalı bununla bağlı reportaj hazırlayıb.
Reportajda bildirilir ki, universitetin məzunları arasında Əli Xameneyi və Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas da var. (Azad İran)