XƏBƏRLƏR / Həyat Tərzi

Hansı israilli nazirlərin övladları hazırda ordudadır?

"Ynet" xəbər portalı yazır

Hansı israilli nazirlərin övladları hazırda ordudadır?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsrailin "Ynet" xəbər portalı hansı israilli nazirlərin övladlarının hazırda orduda (IDF) olduğunu yazıb: 
     
    • Baş nazir Binyamin Netanyahunun böyük oğlu Avner;
    • Prezident İsaak Hersoqun oğlu (birbaşa Qəzzada döyüşür);
    • Müdafiə naziri Yoav Qalantin iki oğlu;
    • Nazir Benni Qantsın üç oğlu;
    • Nazir Qadi Eizenkotun iki oğlu;
    • Sosial təminat naziri Yaakov Marjinin oğlu;
    • Nəqliyyat naziri Miri Regevin böyük qızı;
    • İqtisadiyyat naziri Nir Barkatın qızı;
    • Aliyə və inteqrasiya naziri Ofir Soferin iki övladı;
    • Elm, İnnovasiya və Texnologiya naziri Ofir Akunusin oğlu;
    • Kənd Təsərrüfatı Naziri Avi Dixterin bütün övladları;
    • Təhsil Naziri Yoav Kişin iki övladı;
    • Strateji Planlaşdırma Katibi Ron Dermerin iki oğlu;
    • Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin 18 yaşlı oğlu;
    • Nazir Orit Strukun səkkiz ailə üzvü: dörd uşağı və dörd qızının əri;
    • Əmək naziri Yoav Ben-Tzurun ailə üzvləri;
    • Nazirin İfat Şaşi-Bitonun oğlu;
    • Ədliyyə naziri Yariv Levinin iki övladı.