Sadır Japarov ad günündə ona bəxşiş verilməsini qadağan etdi
Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov bildirib
Dekabrın 6-da 55 yaşı tamam olan Qırğızıstan Prezidenti Sadır Japarov ad günü münasibətilə məmurların ona hədiyyə verməsini qadağan edib.
Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov mətbuat konfransında bildirib.
Edil Baysalov Prezidentin “tarixi miqyasda” transformasiyalar həyata keçirərək ölkədəki vəziyyəti tamamilə dəyişdirə bildiyini qeyd edib. Onun sözlərinə görə, dövlət başçısı bundan sonra da islahatları davam etdirmək niyyətindədir.