XƏBƏRLƏR / Həyat Tərzi

"Piyada zolağında yolu keçən hər adama maşın saxlamasın"

Bu təklifi Milli Məclisin iclasında deputat Tahir Rzayev irəli sürüb

"Piyada zolağında yolu keçən hər adama maşın saxlamasın"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Piyada zolağında yolu keçən hər adama görə maşın saxlamamalıdır".

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsində parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

    Komitə sədri təklif edib ki, piyadaların yol keçməsi ilə bağlı qaydalara yenidən baxılsın və dəyişikliklər edilsin: "Bizə adi görünə bilər, lakin vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər tətbiq etmək əhəmiyyətli olar. Piyada zolağında yolu keçən hər bir adama görə maşının saxlaması yolverilməzdir. Elə bilirəm ki, piyadalar 8-10 nəfər olduqdan sonra maşınlar onlara piyada zolağında keçid üçün yol verməlidir".