XƏBƏRLƏR / Həyat Tərzi

Müctəbanın Londondakı mülki İsrail səfirliyinin yanındadır

Britaniya mediası Xameneinin oğluna məxsus elit mənzillər barədə məlumat yayıb

Müctəbanın Londondakı mülki İsrail səfirliyinin yanındadır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bloomberg agentliyinin araşdırmasına görə, İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xamenei Londonda, nüfuzlu Kensinqton rayonunda iki lüks mənzilə sahibdir.

    Məlumata əsasən, 6-cı və 7-ci mərtəbələrdə yerləşən bu mənzillərin ümumi dəyəri 50 milyon funt sterlinqdən çoxdur. Bildirilir ki, mənzillər İsrailin Londondakı səfirliyindən 50 metrdən az məsafədə yerləşir.

    Həmin ərazi həmçinin Kensinqton sarayı yaxınlığındadır. Bu saray Uels şahzadəsinin Londondakı rəsmi iqamətgahıdır. Araşdırmaya görə, 56 yaşlı Müctəba Xamenei bu mənzillərə 2014-cü ildən sahibdir.