XƏBƏRLƏR / Həyat Tərzi

Xərçəngə qalib gələn Keyt Middlton Diananın sırğasını taxdı

Keyt Middlton və  Kral Çarlz İngiltərənin paytaxtı Londonda keçirilən anım mərasiminə qatılıblar

Xərçəngə qalib gələn Keyt Middlton Diananın sırğasını taxdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Uzun müddət xərçəng xəstəliyindən müalicə olunan Uels şahzadəsi Keyt Middlton və  Kral Çarlz İngiltərənin paytaxtı Londonda keçirilən anım mərasiminə qatılıb. Şahzadənin əri Uilyamın anasından miras qalan sırğaları taxması diqqətdən qaçmayıb.

    İngiltərənin paytaxtı Londonda Millətlər Birliyi tərəfindən xidməti vəzifələrini yerinə yetirərkən həlak olan silahlı qüvvələrin üzvlərinin anım mərasimi keçirilib. Mərasimdə İngiltərə kralı III Çarlz, onun bacısı şahzadə Anna və əri Timoti Lorens, şahzadə Uilyam, Böyük Britaniyanın Baş naziri Keir Starmer və şahzadə Keyt Middlton iştirak ediblər. Uels şahzadəsi anım tədbirində kimyaterapiyadan sonra ilk dəfə kral ailəsi ilə görüşüb.

    Şahzadə Keytin fiziki görünüşü diqqətdən yayınmayıb. Rəngi ​​üzünə qayıtmışdı və o, xərçəng müalicəsi zamanı itirdiyi çəkiyə qayıdıb. Lakin ən çox diqqət çəkən məqam şahzadənin aksesuarları olub. Çünki o, “xalqın şahzadəsi” kimi tanınan Şahzadə Dianadan miras qalan sırğaları taxıb.

    Uels şahzadəsi 22 mart 2024-cü il tarixində bir videomesaj paylaşaraq, onda xərçəng olduğunu və müalicə prosesinə başladığını söyləyib. Bir müddət bütün krallıq vəzifələrini tərk edən Keyt müalicəsi başa çatdıqdan sonra vəzifələrinə qayıdıb.