XƏBƏRLƏR / Sosial şəbəkə

Durov: Fransa polisi Parisdəki X ofisində axtarış aparır

Paris prokurorluğu şəbəkənin sahibi İlon Maskı dindirilməyə çağırılıb YENİLƏNİB/FOTO

Durov: Fransa polisi Parisdəki X ofisində axtarış aparır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:46

    BFMTV agentliyin mətbuat açıqlamasına istinadən xəbər verir ki, X platformasının sahibi İlon Mask və keçmiş baş direktor Linda Yaccarino aprelin 20-də Paris prokurorluğu tərəfindən dindirilməyə çağırılıblar.

    Fransa televiziya kanalları da X-in Paris ofislərində aparılan axtarışlar barədə məlumat verir.

    Prokurorun hərəkətləri 2025-ci ilin yanvar ayında alqoritm manipulyasiyası və qanunsuz məlumat toplama iddiaları ilə bağlı açılan istintaqla bağlıdır.

    ***

    15:08

    Telegram sosial şəbəkəsinin təsisçisi Pavel Durov İlon Maskın sahibi olduğu X şəbəkəsinin Paris ofisində axtarışların getdiyini bildirib.

    Durov yazır:

    "Fransa polisi hazırda Parisdəki X ofisində axtarış aparır.

    Fransa dünyada insanlara istənilən ölçüdə azadlıq təklif edən bütün sosial şəbəkələri — (Telegram, X, TikTok)... cinayətkarcasına cəzalandıran yeganə ölkədir.

    Çaşmayın: bu, azad ölkə deyil."

    X şəbəkəsinin sahibi İlon Mask hələ ki, məsələyə açıq reaksiya bildirməyib.