"X" şəbəkəsi SEPAHın "Tasnim" agentliyinin hesabını dondurdu
Deyilənə görə, bu agentliyin hesabı "Melaniyanı harada öldürmək olar?" başlıqlı videotəlimata görə bloklanıb
İranın "Tasnim" xəbər agentliyi "X" sosial şəbəkəsində fars və ingilis dillərindəki hesablarının bloklandığını bildirib.
Agentliyin məlumatına görə, daha əvvəl Telegram SEPAH-ın ictimaiyyətlə əlaqələr şöbəsinin hesabını da bloklayıb.
Amerikalı bloqçu Mario Naufalın sözlərinə görə, təsdiqlənməmiş məlumatlara görə, bloklanma agentliyin Melaniya Trampın təhlükəsizlik sistemindəki zəiflikləri ifşa edən videonun yayımlanması ilə əlaqədar olub.
1 dəqiqədən az